Əfqanıstanın Qunduz, Bəlx və Tahar vilayətlərində “Taliban” silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb.
APA-nın xəbərinə görə, bu barədə “1TV” telekanalı məlumat yayıb.
“Taliban” silahlılarının Qunduz vilayətində hərbi posta hücumu nəticəsində 8 hərbçi ölüb, 4 nəfər xəsarət alıb. Tahar vilayətinin Darkad rayonunda “Taliban” silahlılarının hücumu nəticəsində 7 hərbçi ölüb. Döyüşdə 11 silahlı öldürülüb.
“Tolo News” telekanalı isə Bəlx vilayətində postlara hücum nəticəsində 8 polisin öldüyü barədə məlumat yayıb.