Bank Of Baku

Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1300-ü keçib, 377 nəfər ölüb

Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1300-ü keçib, 377 nəfər ölüb
# 30 iyun 2026 10:47 (UTC +04:00)

Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 1307-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ebola virusundan ölənlərin sayı 377-yə yüksəlib. Ölüm göstəricisi 28,8% təşkil edir.

Hazırda xəstəxana və tibbi izolyasiya mərkəzlərində 615 nəfər müalicə alır. 180 nəfər isə tam sağalaraq evə buraxılıb. Yoluxanlarla təmasda olan şəxslərin izlənilməsi göstəricisi 81,3%-ə çatıb.

Qeyd edək ki, hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Virus Konqonun üç əyalətini əhatə edib. Uqandada isə indiyədək 20 yoluxma halı qeydə alınıb, onlardan iki nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR