“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Mədəniyyət Nazirliyi (Donor) qrant müsabiqələrinin keçirilməsi zamanı öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
Qeyri-hökumət təşkilatlarına münasibətdə dövlət büdcəsindən ayrılan vəsait hesabına qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” ilə tənzimlənir.
Qrantın ayrılması üçün Donor tərəfindən ildə bir dəfədən az olmamaqla müsabiqə keçirilir.