Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna 1 406 təsdiqlənmiş yoluxma və 438 ölüm halı qeydə alınıb.
APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi hökumətin yenilənmiş məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, epidemiyanın başlanmasından bu günədək 192 pasiyent sağalıb, daha 600-dən çox xəstə isə həkim nəzarətindədir və ya müalicə alır.
Hakimiyyət orqanları epidemiya əleyhinə tədbirləri gücləndirir, zərərçəkmiş bölgələrə dərman preparatları, təcili tibbi yardım avtomobilləri və fərdi mühafizə vasitələri göndərilir.
BMT ən pis ssenaridə Ebola epidemiyasının Afrika ölkələrinin iqtisadiyyatına təxminən 3,5 milyard dollar zərər vura, həmçinin yüz minlərlə iş yerinin itirilməsinə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib.
Qeyd edək ki, hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.