Bayram günlərində “DəmirBank” xidmətinizdə olacaq

Bayram günlərində “DəmirBank” xidmətinizdə olacaq
# 30 dekabr 2016 13:30 (UTC +04:00)

Bayram günlərində “DəmirBank” xidmətinizdə olacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, daim müştəri məmnuniyyətini diqqət mərkəzində saxlayan “DəmirBank” bayram günlərində də müştərilərin xidmətində olacaq. Belə ki, müştərilər “DəmirBank”ın Nizami filialında 1-4 Yanvar, Xəzər filialında isə 2-4 Yanvar tarixlərində saat 10:00-dan 18:00-dək bank xidmətlərindən istifadə edə bilərlər.

Onu da qeyd edək ki, “149 - Məlumat Mərkəzi” və Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialı həmişə olduğu kimi bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərəcək (yalnız 31 dekabr saat 18:00-dan 1 Yanvar 09:00-dək fasilə olacaq).

Bakı və regionlarda ən geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, “DəmirBank” gələcəkdə də 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR