“Everton” baş məşqçisini istefaya göndərib

“Everton” baş məşqçisini istefaya göndərib
# 23 oktyabr 2017 15:28 (UTC +04:00)

İngiltərə Premyer Liqasında baş məşqçi istefası baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Everton” Ronald Kumanla yollarını ayırıb.

Ölkə çempionatının IX turunda öz meydanında “Arsenal”a böyük hesabla (2:5) məğlub olan Liverpul klubunda rəhbərlik hollandiyalı mütəxəssisi istefaya göndərib. Hazırda 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan “Everton”da boş qalan posta ən real namizəd Devid Moyes göstərilir.

Qeyd edək ki, Ronaldo Kuman “Everton”un “sükanı arxası”na ötən ilin yayında keçib. 54 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda keçən mövsümü 7-ci sırada tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR