Azərbaycan multikulturalizminə dair müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan multikulturalizminə dair müsabiqənin qalibləri mükafatlandırılıb
# 19 dekabr 2016 12:30 (UTC +04:00)

Bu gün Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi təşkil edilən "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev 2016-cı ilin "Multikulturalizm ili" elan olunduğunu, bu ilin çox uğurlu keçdiyini bildirib. Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən V. Əliyev BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin bir nəticəsi olduğunu qeyd edib.

Fondun icraçı direktoru Vüqar Səfərli BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən, "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsindən danışıb: "Müsabiqəyə 28 KİV-dən 42 yazı təqdim edilib. Müsabiqəyə təqdim edilən yazılar Fondun və Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri tərəfindən birgə qiymətləndirilib".

Daha sonra müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR