Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə təcrübə keçəcək

Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə təcrübə keçəcək
# 06 iyul 2017 09:12 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbə Türkiyəyə göndərilir.

BANM-dən APA-ya bildirilib ki, onlar SOCAR Türkiyə şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Ali Məktəbin 16 tələbəsi Petkim-də, 2 tələbəsi - Star-da və 2 tələbəsi – SOCAR Türkiyə şirkətində 2 ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıblar.


İntensiv qiymətləndirmədən sonra təcrübə proqramında iştirak hüququ qazanmış tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 17-dən avqustun 15-dək, ikinci qrup isə iyulun 18-dən avqustun 16-dək təcrübədə olacaqlar. SOCAR Türkiyə şirkətinin müəssisələrində təcrübə keçərək tələbələr istehsalat prosesi, tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər.

Qeyd edək ki, bu təcrübənin ənənəvi olaraq hər il davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR