Rusiya Səhiyyə naziri: “Peterburqda metroda baş vermiş partlayışda yaralanan 4 nəfərin vəziyyəti ağırdır”

Rusiya Səhiyyə naziri: “Peterburqda metroda baş vermiş partlayışda yaralanan 4 nəfərin vəziyyəti ağırdır”
# 04 aprel 2017 02:06 (UTC +04:00)

Peterburqda metroda baş verən partlayışla əlaqədar 45 nəfər xəstəxanaya yerləşdirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova bildirib.

“Hadisə nəticəsində 11 nəfər ölüb. Hazırda 45 nəfər xəstəxanadadır stasionar müalicə alır”, deyə V.Skvortsova bildirib.

Onun sözlərinə görə, yaralananlardan 4 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 45-i yaralanıb. Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR