Bank Of Baku

Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib

Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib
# 09 oktyabr 2026 07:38 (UTC +04:00)

Sudanda “Çevik Dəstək Qüvvələri” (RSF) adlı üsyançı hərəkatın xüsusi təyinatlı bölməsinin komandiri, polkovnik-leytenant Məhəmməd Əzraq əl-Fəncəri təxminən 300 hərbçi və 30 döyüş maşını ilə hökumət ordusunun tərəfinə keçdiyini elan edib.

APA xəbər verir ki, bu barədə “The Sudan Times” məlumat yayıb.

əl-Fəncəri videomüraciətində münaqişədə iştirakını yenidən dəyərləndirdiyini və müharibənin ölkəni viran qoyduğunu bildirərək RSF sıralarında xidmətini davam etdirməkdən imtina edib.

O, yaxınlarını itirən və evlərini tərk etmək məcburiyyətində qalan sudanlı ailələrdən üzr istəyib, digər döyüşçüləri də orduya qoşulmağa çağırıb.

RSF rəhbərliyi hələlik bu məlumatı təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR