Paşha Bank
Bank Of Baku

Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 28 noyabr 2026 12:19 (UTC +04:00)

Dünən saat 23:00 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, döş nahiyəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

10:08

Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində 15 yaşlı A. Məmmədova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı Əfqan Yusubov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR