İranın Qərbi Azərbaycan ostanının Məhkəmə-Tibbi Ekspertiza İdarəsi Urmiya kəndlərindən birində dörd gəncin dəm qazından zəhərlənərək həyatını itirdiyini açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, ölən şəxslərin hər birinin təxminən 30 yaşı olub.
Qərbi Azərbaycan ostanının Məhkəmə-Tibbi Ekspertiza İdarəsi soyuq mövsümdə vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, standartlara uyğun və təhlükəsiz tüstü bacası olan istilik cihazlarından istifadə etməyə, həmçinin dəm qazının yaratdığı təhlükələrə ciddi yanaşmağa çağırıb.