Xaçmazda 30 yaşlı kişinin meyiti tapılıb

Xaçmazda 30 yaşlı kişinin meyiti tapılıb
# 20 iyun 2015 22:35 (UTC +04:00)

Bakı-APA. Xaçmaz şəhərində 1985-ci il təvəllüdlü Lətifov Anar Zahid oğlunun cəsədi yüksək gərginlikli elektrik transformatorunun içərisində aşkar edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər transformatordan A.Lətifovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 23:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR