Rusiya və Qazaxıstan prezidentləri arasında görüş keçirilib

Rusiya və Qazaxıstan prezidentləri arasında görüş keçirilib
# 27 fevral 2017 09:51 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayev ilə görüşüb. APA-nın rəsmi Kremlin saytına istinadən verdiyi məlumata görə, görüş V. Putinin Qazaxıstana etdiyi işçi səfər zamanı baş tutub.

Görüş zamanı iki lider ikitərəfli münasibətlərdə və beynəlxalq gündəmdəki aparıcı məsələləri müzakirə edib. V. Putin qazaxıstanlı həmkarını Astanada Suriya münaqişəsinə dair beynəlxalq danışıqların təşkil etdiyi üçün təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR