Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd olunub

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd olunub
# 25 sentyabr 2017 18:25 (UTC +04:00)

Bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Krallığın yaranmasının 85-ci ildönümü münasibətilə ilə rəsmi qəbul təşkil edib.

APA-nın xəbərinə görə, mərasimdə çıxış edən səfir Müsaid İbrahim Əl-Səlim krallığın yaranması tarixindən danışıb. O bildirib ki, bu gün Səudiyyə donor ölkələrdən biri olaraq inkişaf etməkdə olan ölkələrə 130 milyard dollardan çox yardım edib: "Səudiyyə Ərəbistanı həcc mərasiminin mərkəzidir. Bunun nəticəsində zəvvarların sayı 2,3 milyona çatıb".

Səfir çıxışında iki ölkə arasındakı münasibətlərə də toxunub: "Bu gün Azərbaycanla münasibətlər də inkişaf etməkdədir. Prezident İlham Əliyevin Səudiyyə Krallığına bu ilin may ayında səfəri münasibətlərin inkişafına təkan verib".

İqtisadiyyat naziri Şahin Mustafayev də çıxışında Səudiyyə Ərəbistanı xalqını bayram münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu ölkə hər zaman Azərbaycana dəstək verib. Sonra qonaqların şərəfinə ziyafət təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR