Medvedev: “Türk axını”nın ikinci xətti Avropanın xeyrinə olacaq

Medvedev: “Türk axını”nın ikinci xətti Avropanın xeyrinə olacaq
# 06 dekabr 2016 23:07 (UTC +04:00)

“Türk axını” qaz borusunun Aİ ərazisinədək uzadılmasına dair danışıqlar hələ qabaqdadır, lakin belə qərar Avropanın xeyrinə olacaq. Belə ki, yeni marşrut fəaliyyət göstərən boruları tamamlayacaq və avropalı istehlakçıları mövcud risklərdən sığortalayacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşündən sonra mətbuat konfransında bildirib.

O, Türkiyənin artıq “Türk axını” layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya etdiyini qeyd edərək, Rusiyanın da yaxın zamanda analoji addım atacağını vəd edib.

“Şübhəsiz ki, işlər bundan sonra planlı rejimdə görüləcək. Mən burada, həmçinin, “Türk axını” borusunun Avropayadək uzadılması ilə bağlı bütün məsələlərin müzakirə olunmasını nəzərdə tuturam. Çünki siz hamınız da bilirsiniz ki, layihə iki xətdən ibarətdir”, - deyə Medvedev bildirib.

Baş nazir, “Türk axını”nın ikinci xəttinin Avropanın tələbatını ödəmək üçün nəzərdə tutulduğunu bildirib: “Danışıqlar təhvil nöqtəsinin harada yerləşəcəyini və, ümumiyyətlə, bu işlərin necə icra olunacağını əhatə edib”.

“Əminəm ki bu tip qərarlar Avropanın xeyrinə olacaq, marşrutların şaxələndirilməsinə səbəb olacaq. Bundan başqa, bu hansısa digər qaz boruları ilə rəqabət aparmır. O mənadakı, onların hərəsinin öz yeri var. “Türk axını” fəaliyyət göstərən boruları tamamlayacaq və avropalı istehlakçıları mövcud risklərdən sığortalayacaq”, - deyə Rusiyanın baş naziri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR