“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
# 25 noyabr 2016 09:23 (UTC +04:00)

“Abituriyent” jurnalının xüsusi buraxılışı çap edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil (9 illik) bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modeli ilə tanış olmaq olar.

Modelə əsasən buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.

Jurnalda, həmçinin V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, buraxılış imtahanı proqramları, yeni test tapşırığı nümunələri, tapşırıqlar üzrə qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR