Cari ilin yanvar-iyul ayları ərzində Gürcüstan 58 ölkəyə 55 milyon şüşə (0.75 l) şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 12% çoxdur.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, şərab ixracından əldə edilən gəlirlər 2020-ci ilin analoji dövrü ilə müqayisədə 9% artaraq 125 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana şərab ixracının həcmi illik müqayisədə 41% artaraq 133 391 şüşə butulka təşkil edib.
Yanvar-iyul ayları ərzində Gürcüstanın ən çox şərab ixrac etdiyi ölkə Rusiya olub – 33 094 833 şüşə butulka. Rusiyaya ixrac illik müqayisədə 9% çox olub.
Hesabat dövründə Gürcüstanın şərab ixracında 337 şirkət iştirak edib.