Bank Of Baku

Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb

Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
# 06 iyun 2026 11:22 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici bazarlara 79.3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 48,5% artıb.

Təkcə aprel ayında meşə fındığı ixracından gəlirlər 10.9 milyon dollar təşkil edib.

Xatırladaq ki, cari ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR