Bank Of Baku

Bu il Gürcüstandan Azərbaycana 133 391 butulka şərab ixrac edilib

Bu il Gürcüstandan Azərbaycana 133 391 butulka şərab ixrac edilib
# 06 avqust 2021 12:17 (UTC +04:00)

Cari ilin yanvar-iyul ayları ərzində Gürcüstan 58 ölkəyə 55 milyon şüşə (0.75 l) şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 12% çoxdur. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında qeyd olunub. 

Bildirilib ki, şərab ixracından əldə edilən gəlirlər 2020-ci ilin analoji dövrü ilə müqayisədə 9% artaraq 125 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana şərab ixracının həcmi illik müqayisədə 41% artaraq 133 391 şüşə butulka təşkil edib. 

Yanvar-iyul ayları ərzində Gürcüstanın ən çox şərab ixrac etdiyi ölkə Rusiya olub – 33 094 833 şüşə butulka. Rusiyaya ixrac illik müqayisədə 9% çox olub. 

Hesabat dövründə Gürcüstanın şərab ixracında 337 şirkət iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR