Bank Of Baku

Britaniyanın XİN başçısı: "Britaniya Kabilə daha 200 nəfərlik əlavə qoşun göndərəcək" 

Britaniyanın XİN başçısı: "Britaniya Kabilə daha 200 nəfərlik əlavə qoşun göndərəcək" 
# 17 avqust 2021 02:14 (UTC +04:00)

"Britaniya Kabilə daha 200 nəfərlik əlavə qoşun göndərəcək". 

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin xarici işlər naziri Dominik Rab verdiyi açıqlamada bildirib. 

Ümumilikdə təxminən 900 britaniyalı əsgər, təxliyə uçuşlarını təmin etmək üçün Kabil hava limanında 
uçuş-enmə zolağında keşik çəkəcək.

Dominik Rab yaxın günlərdə daha 350 Britaniya vətəndaşının və İngiltərə əsgərləri ilə işləyən əfqanların təxliyə ediləcəyini təsdiqləyib. O, Britaniya ilə işləyən 289 əfqanın artıq son bir həftə ərzində Britaniyaya daxil olduğunu deyib.

Nazir hazırda Britaniyanın neçə əfqan qaçqın qəbul edəcəyini nəzərdən keçirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR