Bank Of Baku

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
# 15 iyun 2026 10:40 (UTC +04:00)

İyunun 13-də və 14-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR