“Azərişıq”ın əməkdaşını elektrik cərəyanı vurub - VİDEO

“Azərişıq”ın əməkdaşını elektrik cərəyanı vurub - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 07:34 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın yerli bürosuna verilən məlumata görə, Balakən rayonunun Katex kənd sakini, 1955-ci il təvəllüdlü Şahruddin Mollaəli oğlu Atayev elektrik cərəyanının vurması xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsindən sonra Ş. Atayevə sifətin və sol budun elektroşok travması diaqnozu qoyulub. Xəstəxananın travmatologiya şöbəsində müalicə alan Ş. Atayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Ş. Atayev yaşadığı evdə elektrik naqillərini təmir edən zaman onu elektrik cərəyanı vurub. O, “Azərişıq” ASC Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor işləyir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR