Parisdə “Charlie Hebdo” redaksiyasına hücuma görə məsuliyyəti üzərinə götürən “Əl Qaidə” lideri öldürülüb - VİDEO

Parisdə “Charlie Hebdo” redaksiyasına hücuma görə məsuliyyəti üzərinə götürən “Əl Qaidə” lideri  öldürülüb - <span style="color: red;">VİDEO
# 08 may 2015 04:34 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində “Əl Qaidə”nin Yəmən qolunun ideoloji lideri Nasir bin Əli əl Ansi ölüb. Hücum zamanı onunla birlikdə böyük oğlu və bir neçə silahlı da ölüb.

Yəməndə ABŞ pilotsuz təyyarələrin endirdiyi zərbələr nəticəsində “Əl Qaidə”nin daha bir yüksək vəzifəsi üzvü Haris Nəzəri öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo”ya hücumdan sonra Fransada silsilə terror aktlarının törədiləcəyi ilə hədə qorxu gələn məhz Nəzəri oldub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR