Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir - VİDEO - YENİLƏNİB

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 16 iyun 2015 09:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. İyunun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun aran rayonlarında gecə 18-29, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 17-18-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR