İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb

İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb
# 23 oktyabr 2017 08:24 (UTC +04:00)

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 18 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzalarından 5-i piyadaların vurulması ilə bağlıdır. Həmin qəzalarda 4 piyada həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR