AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatları verilib

AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatları verilib
# 21 may 2018 12:47 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, universitet müəllimlərinin ingilis dilində dərs demək səviyyələrinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi yönümündə ardıcıl tədbirlər görür. Bu məqsədlə 2017-ci ilin sentyabr ayından başlayaraq, AzMİU-nun ingilis bölməsində dərs deyən müəllimləri Cambridge EMI kursu üzrə təhsilə başlayıblar.

Universitetdən APA-ya verilən məlumata görə, 11 müəllim 7 ay ərzində universitetdə müasir standartlara uyğun akademik ingilis dili üzrə 8 modullu kursu uğurla tamamlayıb. Eyni zamanda onlar beynəlxalq Cambridge EMI skills sertifikatını əldə ediblər. Qeyd etmək lazımdır ki, EMI skills proqramı ali təhsil müəssisələrində ingilis dilinin təkmillişdirilməsi məqsədi ilə yaradılıb. Lester Universitetinin İngilis dili üzrə təhsil şöbəsinin direktoru Philip Horspool sertifikat alan müəllimlərlə görüşüb, serifikatları təqdim edib və onları maraqlandıran sualları cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR