Köçəryan: “Çalışacağıq ki, KTMT-nin baş katibi Ermənistanın namizədi olsun”

Köçəryan: “Çalışacağıq ki, KTMT-nin baş katibi Ermənistanın namizədi olsun”
# 23 noyabr 2016 14:03 (UTC +04:00)

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin Ermənistandan olmasında israr edəcəyik”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.

O xatırladıb ki, oktyabrda İrəvanda keçirilən sammitdə Ermənistandan olan namizədlə bağlı konsensus əldə olunmadığından qərarın qəbulu təxirə salınıb. Ş. Köçəryanın sözlərinə görə, bununla bağlı iclas keçiriləcək və məsələ müzakirəyə çıxarılacaq: “Təkid edirik və hesab edirik ki, rotasiya prinsipi işləməlidir. Həmin prinsipə əsasən, KTMT-nin növbəti baş katibi Ermənistan namizədi olmalıdır”.

Qeyd edək ki, İrəvan sammitində qurumun baş katibinin dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılmamasının əsəs səbəbi kimi Qazaxıstan prezidentinin toplantıda iştirak etməməsi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR