Heydər Əliyev Mərkəzində Azərbaycan əsilli aktyor və rejissor Rober Osseynin mətbuat konfransı keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində Azərbaycan əsilli aktyor və rejissor Rober Osseynin mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyun 2015 11:55 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycana gəlməkdən məmnun olduğunu bildirən R. Osseyni qeyd edib ki, budəfəki gəlişi Birinci Avropa Oyunları ilə bağlıdır: “Mən Avropa Oyunlarının məşəldarlarından biri oldum. Bu, mənim üçün böyük şərəfdir və sevinirəm ki, ilk Avropa Oyunları məhz Bakıda keçirilir. Azərbaycan Şərqdə qadınlara ilk dəfə səsvermə hüququnu verən ölkə kimi, Avropa Oyunlarının keçirilməsi ilə də tarixi hadisəyə imza atdı”.

R. Osseyni qeyd edib ki, atası azərbaycanlıdır və Səmərqənddə anadan olub: “Atam I Dünya Müharibəsindən əvvəl bir müddət Moskvada yaşayıb, sonra isə Almaniyaya gedərək konservatoriya təhsili alıb. Ailə həyatı qurandan sonra isə Fransaya köçüb və Əmənulla adını Andre, Hüseyn soyadını isə Osseyn kimi dəyişib”.

Aktyor əlavə edib ki, Bakıda II Dünya Müharibəsindən bəhs edəcək tamaşa hazırlamaq niyyətindədir.

Qeyd edək ki, R. Osseyn 1927-ci ildə Parisdə anadan olub. Onu ən çox tanıdan rollarından biri F. Dostoyevskinin “Cinayət və Cəza” romanı əsasında çəkilən eyniadlı filmdə olub. O, rejissor Roje Vadimin “Kim bilir?”, “Don Juan – 73” filmlərində iştirak edib. Aktyora böyük şöhrət gətirən film isə “Anjelika” ekran əsəri olub.

Rejissor “Əclaflar cəhənnəmə yollanır”, “Səfillər”, “Casus gecəsi” və başqa filmlərin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR