Ağsuda ikimərtəbəli evdə yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Ağsu rayonunun Padar kəndində ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Aysel Şahmar