İİTKM ilə Şərq tərəfdaşlığı üzrə Estoniya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

İİTKM ilə Şərq tərəfdaşlığı üzrə Estoniya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
# 27 oktyabr 2017 10:24 (UTC +04:00)

Tallində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Şərq tərəfdaşlığı üzrə Estoniya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


APA-nın Tallinə ezam olunmuş müxbiri xəbər verir ki, görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanla Aİ arasında hazırda strateji tərəfdaşlıq sənədi üzərində müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, iki mərkəz arasında həyata keçiriləcək əməkdaşlıq birgə layihələrin icrası üçün böyük imkandır.

V. Qasımlı bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı proqramı ilə Estoniyanın X-Road təşəbbüsü əməkdaşlıq edərək Avropanın Avrasiya və İslam dünyası ilə əlaqələrində mərkəz rolunu oynaya bilər.


Şərq tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin direktoru Yan Reynholdun sözlərinə görə, rəqəmsal iqtisadiyyat Aİ üçün çox vacibdir və Şərq Tərəfdaşlığı ölkələri arasında Azərbaycan ön sıralardadır. O bildirib ki, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyət digər Şərq Tərəfdaşlığı ölkələri üçün nümunə ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR