I Avropa Oyunlarının keçirildiyi bütün idman obyektlərində sürət həddinin aşılmaması üçün əlavə maneələr quraşdırılıb

I Avropa Oyunlarının keçirildiyi bütün idman obyektlərində sürət həddinin aşılmaması üçün əlavə maneələr quraşdırılıb
# 14 iyun 2015 09:41 (UTC +04:00)

Bakı - APA. "Sürücülər tərəfindən sürət həddinin aşılmaması üçün həm Atletlər kəndində, həm I Avropa Oyunlarının keçirildiyi digər idman obyektlərinin ərazilərində əlavə maneələr quraşdırılıb".

Apasport.az saytının məlumatına görə, bunu "Bakı-2015" I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleqq bu gün keçirilən mətbuat konfransında deyib.

"İstənilən böyük idman tədbirində ilk günlər sistem yavaş-yavaş işə düşür. Nəqliyyat sistemi yüksək səviyyədə işləyir. Avstriyalı idmançılarla baş verən insidentdən sonra bütün nəqliyyat məsələləri nəzərdən keçirilib. Əlavə maneələr də quraşdırıldı ki, sürət həddi aşılmasın. Bütün sürücülərə bir daha təlimat verilib ki, təhlükəsizlik məsələlərinə riayət etsinlər", - deyə S. Kleqq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR