Azərbaycanda 2 rayonun İcra Hakimiyyətində aparılan yoxlamaların nəticələri Milli Məclisə təqdim olunacaq

Azərbaycanda 2 rayonun İcra Hakimiyyətində aparılan yoxlamaların nəticələri Milli Məclisə təqdim olunacaq
# 20 may 2015 13:22 (UTC +04:00)

APA-nın məlumatına görə, Kollegiya iclasında Xəzər rayon və Lənkəran şəhər İcra hakimiyyətlərinə, tabelikdə olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan, həmçinin Göygöl Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin yerli xərclərindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR