Topaz Premyer Liqasında XIX turun hakimləri açıqlanıb

Topaz Premyer Liqasında XIX turun hakimləri açıqlanıb
# 25 fevral 2019 14:12 (UTC +04:00)

Topaz Premyer Liqasının XIX turunun oyunları üçün təyinatlar açıqlanıb. ONA-nın məlumatına görə, martın 2-3-də keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlər, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.
İlk oyun günündə “Neftçi” – “Sabah” matçını Vüqar Həsənli, “Səbail” – “Sumqayıt” qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Turun son günündə İnqilab Məmmədov “Zirə” – “Qəbələ”, Orxan Məmmədov isə “Keşlə” – “Qarabağ” görüşünün baş hakimi olacaq.

Topaz Premyer Liqası
XIX tur
2 mart (şənbə)
“Neftçi” – “Sabah”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 18:30
“Səbail” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”, 16:00
3 mart (bazar)
“Zirə” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Keşlə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”, 17:30
Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR