Ağcabədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Ağcabədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 21 iyun 2018 10:51 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF Ağcabədi rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Ağcabədi rayonu üzrə sahibkarlıq subyektlərindən tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, həmçinin ixtisaslaşdırılmış “yaşıl market” və meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR