Qəzza zolağında əməliyyat dövründə 1500-dən çox fələstinli həlak olub

Qəzza zolağında əməliyyat dövründə 1500-dən çox fələstinli həlak olub
# 02 avqust 2014 01:53 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Fələstinin səhiyyə qurumlarının məlumatına əsasən, avqustun 1-də İsrail artilleriyası və hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində, ümumilikdə, 122 fələstinli ölüb. Misirlə sərhəddə yerləşən Rafah şəhərində 70-dən çox fələstinli həlak olub, yüzlərlə insan yaralanıb.

Məlumatda ölənlərin sayının artacağı istisna olunmur. Uçqunlar altında onlarla insan cəsədi qaldığı bildirilir. Zərbələr davam etdirildiyindən cəsədlərin uçqunun altından çıxarılması hələlik qeyri-mümkündür.

Rəsmi məlumatlara görə, əməliyyat dövründə İsrail tərəfdən 61 hərbçi, biri Tailand vətəndaşı olmaqla 3 mülki şəxs həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR