İyul ayında 99,3 mindən çox avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

İyul ayında 99,3 mindən çox avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
# 02 avqust 2014 07:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin iyul ayında 99,307 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bunların 21,4 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə məlumatına görə, hesabat dövründə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,8 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 36,7%, sığorta haqlarının məbləğində 40,85 % artım müşahidə edilib.

Ümumilikdə bu ilin ilk 7 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 515,7 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 38,07 mln. manat təşkil edib. 2014-cü ilin ilk 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,86 %, sığorta haqlarının məbləğində isə 0,53 % artım müşahidə edilib.

Bu ilin iyul ayında orta sığorta haqqı 79,26 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,34 manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR