Gəncədə dövlət himayəsində yaşayan tənha ahıllar pulsuz tibbi müayinədən keçiriliblər

Gəncədə dövlət himayəsində yaşayan tənha ahıllar pulsuz tibbi müayinədən keçiriliblər
# 11 avqust 2014 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhərində yerləşən Pensiyaçıların Ərazi Sosial Xidməti Mərkəzində dövlət himayəsində yaşayan ahıllar pulsuz tibbi müayinədən keçiriliblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müayinə mərkəzdə yaşayan insanların göz xəstəliklərinin olub-olmadığının müəyyən olunması və müvafiq tibbi-profilaktik yardımın təşkil edilməsi məqsədini daşıyıb.

Gəncə şəhər Səhiyyə İdarəsinin həkimləri tərəfindən mərkəzin 104 sakininin hər biri ətraflı müayinə edilib və onlara tibbi məsləhət xidməti göstərilib, tibbi maarifləndirmə işi aparılıb. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yardım edilib. Bununla yanaşı, müayinə nəticəsində gözlərində xəstəliklər aşkar olunan 2 nəfərin sistemli şəkildə müvafiq müalicə prosedurlarına cəlb olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR