Yəmənin paytaxtı Sanada hava limanında partlayışlar baş verib

Yəmənin paytaxtı Sanada hava limanında partlayışlar baş verib
# 05 noyabr 2014 20:39 (UTC +04:00)

Bakı-APA. Noyabrın 5-də Yəmənin paytaxtı Sana şəhərinin hava limanı yaxınlığında iki partlayış baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar aeroportun girişindəki blokpostda törədilib.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir. Bu arada “Al Jazeera” telekanalı xəbər verib ki, Sana hava limanının uçuş xətti qumbaraatanlardan atəşə məruz qalıb. Hadisələrin bir-biri ilə əlaqəli olub-olmaması məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR