Bakıda baş verən yanğın nəticəsində bir nəfər yanaraq ölüb

 Bakıda baş verən yanğın nəticəsində bir nəfər yanaraq ölüb
# 15 dekabr 2014 07:02 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın ötən axşam hazırda fəaliyyət göstərməyən təmir tikinti quraşdırma idarəsinin ərazisində ümumi sahəsi 75 kvadratmetr olan qazanxanada qeydə alınıb. Qazanxananın yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı aparılan zaman 1970-ci il təvəllüdlü Qalib Şirin oğlu Hüseynovun yanmış meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR