İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycana gəlib

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycana gəlib
# 06 noyabr 2014 12:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Azərbaycana səfərə gəlib. APA-nın İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, M. Vaizini hava limanında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov qarşılayıblar.

M. Vaizi qeyd edib ki, Azərbaycana gəlişində məqsəd İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri öncəsi iki ölkə arasında imzalanacaq sənəd və protokolların hazırlanması ilə bağlı müzakirələr aparmaqdır. Səfər zamanı iranlı nazir Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfdən həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşəcək.

Qonaq bildirib ki, Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq. Bunlar əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini əhatə edir.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin gələn həftə Azərbaycana səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR