Suriyada elan olunmuş amnistiya çərçivəsində 11 min məhbus azadlığa çıxıb

Suriyada elan olunmuş amnistiya çərçivəsində  11 min məhbus azadlığa çıxıb
# 11 noyabr 2014 18:38 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsədin bu ilin iyununda imzaladığı kütləvi amnistiya aktı 11 min məhbusu əhatə edib.

“On bir min nəfər amnistiya olunaraq həbsxanalardan azad olunub”, deyə Suriyanın milli barışıq məsələləri üzrə dövlət naziri Əli Heydər bildirib.

Prezident Bəşər Əsəd tərəfindən imzalanan akt Suriyada böhran başlanandan ən irimiqyaslı kütləvi amnistiyadır. Məlumata görə, siyahılara hətta terrorçuluqda ittiham olunan şəxslər də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR