AMEA doktoranturaya qəbulla bağlı yeni islahatlar aparacaq

AMEA doktoranturaya qəbulla bağlı yeni islahatlar aparacaq
# 03 noyabr 2014 11:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbulla bağlı yeni islahatlar aparacaq.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva APA-ya açıqlamasında deyib ki, doktorantura pilləsi üzrə növbəti illərdə islahatların aparılması mütləqdir. Onun sözlərinə görə, cəmiyyət inkişaf etdiyi üçün islahatlara hər an ehtiyac var.

N.Quliyeva qeyd edib ki, bu islahatlar zamanla aparılacaq: “Düşünürəm ki, doktoranturaya hazırlıq mərhələsi olmalı və alimlər alimlik pilləsinə - doktoranturaya gəlmədən öncə hazırlıq kursu keçməlidir. Bu hazırlıq kursu bir neçə ay və ya il ərzində davam edə bilər. Alim doktoranturaya gəlmədən öncə buna hazırlaşmalıdır. Onlar hazırlıqlı olub sonradan doktoranturaya gəlməlidirlər”.

Şöbə müdiri qeyd edib ki, hazırda AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları keçirilir: “İmtahanlar çox uğurla davam edir, alimlərin elmə marağı yüksəkdir və hazırlıqlıdırlar. Ümumilikdə, doktoranturaya qəbul imtahanları noyabrın birinci ongünlüyündə bitəcək. İmtahanlar bitəndən sonra elan edəcəyik ki, AMEA-nın artıq bu il üçün nə qədər doktorantı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR