Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı ölkəsinə təhvil veriləcək

Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı ölkəsinə təhvil veriləcək
# 29 noyabr 2016 11:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Türkiyə vətəndaşı Əhməd Ünlünün ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə Ə. Ünlünün Türkiyəyə ekstradisiya edilməsi haqqında qərar çıxarıb.

Qeyd edək ki, Ü. Əhməd hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək Türkiyədə axtarışda olub. O, Bakıda Heydər Əliyev beynəlxalq hava limanında tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR