Şəkidə yaşayış evində yanğın baş verib - VİDEO

Şəkidə yaşayış evində yanğın baş verib - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 13:03 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın Şəkinin Baş Layısqı kəndində, Yasin Rəhimova məxsus ümumi sahəsi 64 kvadratmetr olan 1 mərtəbəli 3 otaqdan, 1 mətbəxdən və 1 şüşəbənddən ibarət fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə FHN-in Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Yasin Rəhimova məxsus evin otaqlarından birinin 9 kvadratmetrlik tavan hissəsi və 3 kvadratmetr çardaq hissəsi yanıb. Evdə olan əşyaların bir hissəsinə də yanğın zamanı qismən zərər dəyib. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. İlkin ehtimala görə, yanğına evdə olan elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı FHN-in Şəki rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR