Yuğ Teatrında "Eşq, yaxud biz doğmayıq" tamaşasının premyerası olacaq - FOTO

Yuğ Teatrında "Eşq, yaxud biz doğmayıq" tamaşasının premyerası olacaq - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 10:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 7-də Yuğ Teatrında "Eşq, yaxud biz doğmayıq" tamaşasının premyerası olacaq.

Teatrın mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, yeni tamaşa Mövlanə Cəlaləddin Ruminin əsərləri və həyatı əsasında hazırlanıb.

Səhnə əsərinin rejissoru Aytən Məmmədova, rəssamları əməkdar rəssam Rəşid Şerif və Umay Həsənova, musiqi tərtibatçıları Ramiq Mehdi, Mələk Vəlizadə, geyim üzrə rəssamı Aytən Məmmədovadır. Əsas rollarda əməkdar artist Məmməd Səfa, aktyorlar Qasım Nağı, Təranə Atacan, Könül Cəfərzadə çıxış edəcəklər.

"Eşq, yaxud biz doğmayıq" tamaşası teatr mövsümünün ilk premyerasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR