“Azərbaycanın fövqəladə hallar xəritəsi”nin hazırlanması təklifinə baxılıb

“Azərbaycanın fövqəladə hallar xəritəsi”nin hazırlanması təklifinə baxılıb
# 20 may 2014 13:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunda Mülki Müdafiə qüvvələri üçün tədris-metodiki məşğələ keçirilib.

Coğrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, tədbirdə İnstitutunun direktoru, Mülki Müdafiə rəhbəri Ramiz Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verib. MM rəhbəri “Mülki Müdafiə haqqında” qanunun tətbiq edilməsi barədə prezidentin fərmanının, Nazirlər Kabinetinin “Mülki Müdafiənin təmin edilməsi barədə” qərarının və AMEA-nın II Xüsusi şöbəsinin tələblərinə uyğun olaraq institutda hazırkı şəraitdə

mülkü müdafiə tədbirlərinin yerinə yetirilməsi, barədə məruzə ilə çıxış edib.

R. Məmmədov MM dəstələrinin tədris-metodiki vasitələrlə təminatı məsələlərinə xüsusi önəm verərək, tibb çantalarının, xüsusi ləvazimatların alınmasını vacib hesab edib və çöl-ekspedisiya işləri zamanı onlardan istifadənin məqsədəuyğunluğunu diqqətə çatdırıb.

R. Məmmədov qeyd edib ki, AMEA-nın Coğrafiya və Geologiya İnstitutu ilə birgə “Azərbaycanın fövqəladə hallar xəritəsi”nin hazırlanması təklifinə baxılıb və hazırlanmış layihə Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetində müzakirə olunur.

MM qərargahının rəisi Namazəli Mustafayev təşkil olunan MM qüvvələrinin (manqaların) fəaliyyəti, fövqəladə hallar zamanı manqaların funksional vəzifələri haqqında məlumat verib. Yeni yaradılmış manqa komandirlərinə, manqa başçılarına metodiki vəsaitlər paylanıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR