Tiflisdə zəncirvari yol qəzası baş verib: 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Tiflisdə zəncirvari yol qəzası baş verib: 2 nəfər ölüb, 8 nəfər yaralanıb
# 19 iyun 2014 16:03 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Hadisə barədə APA-ya məlumat verən Tiflis Fövqəladə Hallar Departamentinin rəisi Temur Giorqadze bildirib ki, 3 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Maşınların birində azyaşlı uşaqlar da olub. Qəza nəticəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR