Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb
# 06 oktyabr 2013 00:26 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada ABŞ-a məxsus kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Kolumbiyanın şimal-qərbində, Panama ilə sərhəddə baş verib. Məlumata görə, təyyarənin göyərtəsində 5 ABŞ vətəndaşı və 1 nəfər panamalı olub. Sağ qalan sərnişinlərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiyaya görə, qəzaya səbəb pis hava şəraiti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR