Türkiyə Hərbi Hava Qüvvələrinin 291 pilotu istefaya çıxıb

Türkiyə Hərbi Hava Qüvvələrinin 291 pilotu istefaya çıxıb
# 30 dekabr 2013 09:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Hərbi Hava Qüvvələrində 2002-2013-cü illərdə 291 pilot istefaya çıxıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bildirib.

Böyük Millət Məclisində təmsil olunan deputatlardan birinin sorğusunu cavablandıran müdafiə naziri deyib ki, istefaya çıxanlardan 110 nəfəri Hava Qüvvələrində böyük ehtiyac duyulan və dəyər verilən pilotlar olub.

İstefaya çıxan pilotların arasında əsas yeri F-16 və F-4 döyüş təyyarələrinin pilotları tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR